Livan xarici işlər naziri Abdullah Bu Həbib İsrail və “Hizbullah” Hərəkatı arasında döyüşlərə son qoymaq üçün atəşkəsin bu gün razılaşdırılacağına ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bundan sonra Livanın nizami qüvvələrinin ölkənin cənubunda – İsraillə sərhəd bölgəsində “Hizbullah” yaraqlılarını əvəzləyə biləcəyini deyib.
Həbib İsrail qoşunları cənubdan geri çəkildikdən sonra Livan ordusunun ən azı 5 min hərbçisini bölgədə yerləşdirməyə hazır olacağını vurğulayıb.
Yaxın saatlarda ABŞ və Fransanın vasitəçiliyi ilə “Hizbullah”la İsrail arasında atəşkəsin elan ediləcəyi gözlənilir.
Müəllif: Mənsur Rəğbətoğlu