AZ

Quterreş: Bizə indiki zamanda sülh lazımdır

"Sosial mediada ksenofobiyanın, irqçiliyin və dözümsüzlüyün artdığını və bunun güclü bir silah kimi istifadə edildiyini, hər yerdə gərginliyin artdığını görürük. İnsan haqları hücuma məruz qalır. İqlim böhranı getdikcə pisləşməyə davam edir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Portuqaliyanın Kaşkays şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda çıxışı zamanı deyib.

"Hər bir ölkədə sosial quruluşun ciddi şəkildə pisləşməsini və geriləməsini görürük. Dünyanın bir küncündə və cəmiyyətlərdə parçalanma yaratmağa çalışırlar. Bizə indiki zamanda sadəcə sülh lazımdır",- Quttereş əlavə edib.

Əli Hüseynov

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr