AZ

Paşinyan COP-la bağlı komitə yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə COP17 konfransının təşkili və keçirilməsi üzrə komitə yaradılıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Komitəyə baş nazirin baş müşaviri rəhbərlik edəcək. Komitəyə parlamentin ərazi idarəetmə, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi üzrə daimi komissiyasının sədri, Baş Nazirin Aparatı rəhbərinin müavini, xarici işlər nazirinin müavini, Səhiyyə Nazirinin müavini, İqtisadiyyat Nazirinin müavini, Ətraf Mühit Nazirinin müavini, Polis rəisi, İqtisadi və Texnoloji İnkişaf Nazirinin müavini, Maliyyə Nazirinin müavini, İqtisadiyyat Nazirliyinin Şəhərsalma Komitəsinin sədri, İrəvan merinin müavini, Turizm Komitəsinin sədri, Dövlət Protokol Xidmətinin rəisi, Mülki Aviasiya Komitəsinin sədri və s. daxil edilib. 

Ağarza Elçinoğlu 

Seçilən
4
unikal.az

1Mənbələr