AZ

“Azərbaycan ictimaiyyəti bilir ki, həqiqət nədən ibarətdir” - ŞƏRH EDİLDİ

“Avropada yaşayan bəzi azərbaycanlı bloggerlərin və şər-böhtan müxalifəti üzvlərinin ölkəmizə qarşı apardığı düşmənçilik siyasəti açıq-aşkar özünü göstərir. Bu proses Qərb və Avropa dairələrinin ölkəmizə bəslədiyi düşmənçilikdən irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, son dövrlərdə Qərbin eyni mərkəzdən idarə olunan dairələrinin Azərbaycana qarşı bu cür düşmənçilik siyasəti həyata keçirməsinin şahidi olmuşuq: “Bəzi özünü blogger adlandıran, əslində isə şər-böhtan atmaqla məşğul olan şəxslərin maliyyələşdirilməsi, onların xüsusi istiqamət üzrə Azərbaycana qarşı yönəldilməsi prosesi uzun müddətdir ki, davam edir. Bu xüsusi hiddət doğuran hallardan biridir. Çünki Azərbaycan ictimaiyyətində, cəmiyyətində də ölkəmizə qarşı bu cür neqativ hallar daim hiddətlə qarşılanır. Böyük təəssüf hissi ilə vurğulamaq lazımdır ki, özünü blogger adlandıran həmin şəxslər Avropa dairələrinə sığınaraq, onların diqtəsi ilə qarayaxma kampaniyaları həyata keçirirlər. Amma sağlam düşüncəli cəmiyyət, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi yaxşı bilir ki, həqiqət nədən ibarətdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
20
sia.az

1Mənbələr