AZ

Bakıda qanunsuz tikinti dayandırıldı: 13 gün sonra...

Bakının Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasında (“Körpə” MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Məlumata görə, qanunsuz tikinti faktının qarşısını Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi alıb.

Belə ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilib.

Noyabrın 13-də qanunsuz tikinti işləri dayandırılaraq sökülüb və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Bununla belə noyabrın 26-da Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilib.

Seçilən
8
19
axar.az

10Mənbələr