AZ

Gürcüstanda prezident seçkilərinin tarixi müəyyənləşdi

Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də keçirilməsi təklif edildi.

Publika.az xəbər verir ki, bu təkliflə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib. O, deputatlara növbəti prezident seçkilərinin dekabrın 14-də, yeni dövlət başçısının andiçmə mərasiminin isə dekabrın 29-da keçirilməsini təklif edib.

“Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Müvafiq olaraq, bizim qanunvericiliyimiz əsasında inauqurasiya 2024-cü il dekabrın 29-da baş tutacaq”, - Papuaşvili parlamentin büro iclasında bildirib.

Adəm Abbaslı

Seçilən
14
publika.az

1Mənbələr