AZ

İlham Məmmədov seçicilərin problemlərindən danışdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi davam edir.

XALQ.AZ xəbər verir ki, büdcə zərfinin müzakirəsi zamanı çıxış edən millət vəkili İlham Məmmədov əsasən təmsil etdiyi seçicilərin problmelərinin hökumət qarşısında qaldıraraq həllini təklif edib.

Deputat İlham Məmmədov  Yevlax sakinlərinin üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atılmasını hökumət qarşısında qaldırıb. “Bunlardan birincisi və uzun illərdir davam edən ən ciddi problem Yevlax şəhərinin ən gözəl yaşayış massivlərinin yolsuzluq nəticəsində bərbad vəziyyətə düşməsidir. Həmin yaşayış massivlərinə insanların rahat hərəkətini təmin etmək məqsədilə 20-25 metrlik piyada və avtomobil tunelinin çəkilməsidir. Yolsuzluq nəticəsində insanlar 10 km-dən artıq əlavə yolu qət etməklə ən kiçik işi üçün şəhərə gəlir. Bu o qədər də maliyyə vəsaiti tələb etmir.

Digər problem isə Yevlax şəhərinin 8 mindən artıq insanın yaşadığı Aeroport, Çənlibel, Şəkərcik yaşayış massivinə gedən yolla bağlıdır. Adıçəkilən yaşayış massivləri ilə Yevlax şəhəri arasında dəmir yol xətti keçir və insanların rahat keçidini təmin etmək üçün dəmiryolu üzərində şlaqbaun xətti var idi. Amma uzun illərdir həmin şlaqbaun keçidi ləğv edilib və bu da insanlara ciddi problem yaradır. Bu insanların təkcə əlavə vaxt və maliyyə itkisinə səbəb olmur, eyni zamanda yolu keçərkən həyatlarını ciddi təhlükə qarşısında qoyur. Hökumətdən bu problemlərin həllinə yardımçı olmasını istəyirik”.

Seçilən
27
xalq.az

1Mənbələr