AZ

Vüqar Bayramovdan mühüm təkliflər

“Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadəni təklif edərdik. Belə ki, əmək pensiya məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır. Nəticədə, aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun”.
 
Musavat.com bildirir ki, 
bunu deputat Vüqar Bayramov parlamentdəki büdcə müzakirələrində söyləyib. Deputat əlavə edib ki, nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar: 
“Digər məqam, əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni, 40320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanması ilə bağlıdır. Cənab Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşlarımıza yığımı az olsa da əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”.
E.Paşasoy,
Musavat.com 

Seçilən
18
19
musavat.com

10Mənbələr