Almaniya kansleri Olaf Şolts Vladimir Putinlə son mübahisəli telefon söhbətini şərh edib.
“AzPolitika” xəbər verir ki. Almaniyanın ZDF kanalına müsahibə verən Şolts Putinə zəng etdiyi üçün məruz qaldığı tənqidlərə cavab verməyə çalışıb.
Şolts Putinlə 2022-ci ilin sonuna qədər bir neçə dəfə telefonla danışdığını xatırladıb və deyib ki, bu danışıqlar heç vaxt onun üçün xoş olmayıb: "Bu söhbətlər heç vaxt xoş olmayıb. Amma hətta sadəcə bunları eşitmək üçün olsa belə, danışmağa dəyər".
O qeyd edib ki, Almaniyada “sadə bir telefon zənginin sabahı gün sülh gətirəcəyini” düşünənlər var. Lakin onun qeyd etdiyi kimi, “əlbəttə ki, belə deyil”.
Şolts deyib ki, son telefon danışığı zamanı “bütün arqumentlər yenidən elan edilib” və o, Putinə öz mövqeyini təkrarən çatdırıb: "Yəni, cənab Putin, (Ukraynaya)dəstəyimizi azaltmağımızı gözləməyin. Siz bu müharibədən çıxış yolu tapmalısınız. Hücumlarınızı dayandırmalı və qoşunlarınızı geri çəkməlisiniz".
“AzPolitika.info”