AZ

Gecikmiş qərar: Ukrayna ərazilərindən məcburi imtina edə bilər

ABŞ-ın hazırkı Prezidenti Co Bayden son qərarlarilə Rusiya ilə potensial danışıqlardan və Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynanın mövqeyini gücləndirməyə tələsir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

Qeyd olunur ki, Baydenin Ukraynanı piyada əleyhinə minalarla təmin etmək və Qərb raketləri ilə Rusiya ərazisindəki hədəfləri vurmasına imkan verməklə bağlı əvvəlki siyasətindən imtina etməsi qismən Ukraynanın Rusiya ilə potensial danışıqlara girdiyi zaman ona mümkün olan ən güclü mövqenin qazanılmasına hesablanıb.

“İndi bir çox ABŞ rəsmiləri etiraf edirlər ki, bir neçə ay ərzində Ukrayna müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara başlamağa və ərazilərindən imtina etməyə məcbur ola bilər”, - nəşr qeyd edir.

ABŞ və Avropa rəsmilərinin fikrincə, bu addımlar əvvəldən atılsaydı, Ukrayna potensial danışıqlarda Rusiyanın qarşısına güclü şəkildə çıxa bilərdi.

ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Baydenin qərarını “gecikmiş” adlandırıb.

Ağ Ev rəsmiləri iddia edirlər ki, Baydenin qərarları döyüş meydanında dəyişən şərtlərlə əlaqədar verilib.

ABŞ rəsmilərinin fikrincə, Ukraynaya piyada əleyhinə minaların göndərilməsi ilə bağlı mübahisəli qərar Ağ Evin vəziyyəti necə “təcili” dəyərləndirdiyini göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
10
teleqraf.com

1Mənbələr