AZ

Afrikalı Uşaqların Beynəlxalq Fondu və "Qan Donorları Assosiasiyası" ilə əməkdaşlıq memorandumu imzalandı

Bu gün, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərlinin iştirakı ilə "Afrikalı Uşaqların Beynəlxalq Fondu" və AMQF-nin yeni üzvü olan "Qan Donorları Assosiasiyası" ictimai birliyinin nümayəndələri AMQF-nin qonağı oldular. Görüş zamanı, hər iki təşkilat arasında əməkdaşlıq memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, Ramil İskəndərli çıxışında, Milli QHT-lərin Qlobal Cənubun vətəndaş cəmiyyəti ilə əməkdaşlığını yüksək qiymətləndirərək, belə təşəbbüslərin həm Azərbaycanın, həm də beynəlxalq aləmin sosial inkişafına müsbət təsir edəcəyini vurğuladı. O, "Afrikalı Uşaqların Beynəlxalq Fondu" kimi Nigeriya təşkilatının AMQF-nin təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına qatılmasının böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Ramil İskəndərli həmçinin, Fuad Əskərova bu günkü təşəbbüsün həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür etdi.

Seçilən
50
qht.az

1Mənbələr