Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.