NATO-nun baş katibi olduqdan sonra ilk dəfə Ankaraya səfər edən Mark Rutte Ərdoğanla görüşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Ərdoğanla Mark Rutte arasında 1 saatlıq görüş baş tutub.
Rabitə İdarəsi görüşdə müzakirə olunan məsələləri bir-bir sıralasa da, rəsmilər Ruttenin səfərini artan qlobal müharibə təhlükəsi kimi şərh ediblər.
Məlumata görə, prezident Ərdoğanın Rutte ilə görüşündə Ukrayna-Rusiya müharibəsi və Fələstindəki qırğına son qoymaq üçün nələr edilə bilər, terrorla mübarizədə atılacaq ortaq addımlar, Türkiyənin müttəfiq olaraq NATO-ya verdiyi töhfələr qiymətləndirilib.
Görüşdə Xarici İşlər Naziri Hakan Fidan və Milli Müdafiə Naziri Yaşar Gülər də iştirak ediblər.
Nərmin Mahmudova
Milli.Az