AZ

“Putinin təcavüzü Avropada bir çoxlarını ayıltdı, lakin onlar hələ yataqdan qalxmayıblar” – Borrel

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Avropa İttifaqı üçün ekzistensial təhlükədir”.

“AzPolitika” xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell öz bloqunda yazıb.

“Vladimir Putinin Rusiyası Ukraynada qalib gəlsə, şübhəsiz ki, digər qonşularına, xüsusən də Avropaya qarşı imperiya siyasətini davam etdirəcək. Bu təcavüzkar siyasətin nəticələrini artıq Gürcüstan və Moldovada görmüşük”, - o əlavə edib.

Borrel qeyd edib ki, Avropa ilə yanaşı, əgər biz Ukraynaya öz suverenliyini müdafiə etməsinə kömək edə bilməsək, qlobal səviyyədə təbliğ etdiyimiz qaydalara əsaslanan dünya nizamı çökəcək. “Politoloq İvan Krastevin bir neçə həftə əvvəl debat zamanı haqlı olaraq qeyd etdiyi kimi, hərəkət etmək üçün oyanmaq və yataqdan qalxmaq arasında fərq var. Görünür, Vladimir Putinin Ukraynaya qarşı təcavüzü Avropada bir çox insanı ayıltdı, lakin onlar hələ yataqdan qalxmayıblar”, - Borrel yazıb.

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr