AZ

"Tramp adminstrasiyası Zəngəzur dəhlizi məsələsində Azərbaycanı dəstəkləyəcək" — Politoloq

"Donald Trampın hakimiyyəti dövründə Azərbaycanla ABŞ münasibətləri yüksək səviyyədə olub. O zamanlar Azərbaycan torpaqları işğal altında idi. Trampın hakimiyyətinin son dövrlərində Azərbaycan  torpaqlarının işğaldan azad edilməsi istiqamətində işlərə başladı. ABŞ Azərbaycanın haqlı savaşını bir sıra bəyanatlarla dəstəkləmiş, suverenliyimizi tanımışdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib:

"2020-ci ildə Azərbaycanla ABŞ arasında ixracat və idxalatın ümumi dövriyyəsi 660 milyon dollardan çox olub. Sonrakı dövrdə bu rəqəm azalıb. Təbii ki, burada pandemiyanın da təsiri olub".

Politoloq bildirib ki, 2018-ci il aprelində Donald Tramp Prezident İlham Əliyevə göndərdiyi məktubda vurğulayıb ki, ABŞ və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə birgə işləmək əzmindədir:

"Bu iki ölkə arasında olan münasibətlərin əsas cizgilərindən sayılır. Hesab edirəm ki, Ermənistanla münasibətlərin normallaşmasında, Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə Tramp adminstrasiyası Azərbaycanın haqqını dəstəkləyəcək".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr