AZ

Rusiyalılar “Taliban”a üzv ola biləcəklər - Yeni sənəd hazırlanır

Rusiyada “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılması istiqamətində iş aparılır.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qanun layihəsini Dövlət Dumasına beş deputat və yeddi senator təqdim edib. 

Məlumatda deyilir ki, təşkilat “terrorizmi təşviq etmək, haqq qazandırmaq və dəstəkləmək məqsədi daşıyan fəaliyyəti dayandırdığı təqdirdə” qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər. Bu barədə qərar Baş prokurorun və ya onun müavininin ərizəsi əsasında məhkəmə tərəfindən qəbul ediləcək.

Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Ernest Valeyev deyib ki, ruslar istəsələr, hərəkat terrorçular siyahısından çıxarılandan sonra “Taliban”a qoşula biləcəklər. O, əmin edib ki, bu halda heç bir hüquqi məsuliyyət daşımayacaqlar.

“Taliban” 2003-cü ildən Rusiyada terror təşkilatı kimi tanınsa da, Moskva uzun müddətdir ki, bu hərəkatla dostluq əlaqələri saxlayır, onun nümayəndələrini tədbirlərə dəvət edir. Vladimir Putin isə “Taliban” hökumətini Rusiyanın “müttəfiq” adlandırıb.

“AzPolitika.info”

Seçilən
11
azpolitika.info

1Mənbələr