Noyabrın 25-də Türkiyənin Malatya əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20.20-də qeydə alınıb.
Zəlzələnin episentri Doğanşehir rayonunda, ocağı isə 9,75 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.