Misirin Marsa Alam kurort şəhəri sahillərində turist yaxtasının batması nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.
Bu barədə “ Al Masry Al Youm” qəzeti məlumat yayıb.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfi, "Qırmızı dəniz sahillərində təbii fəlakət nəticəsində itkin düşənlərin tapılması üçün aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 3 nəfərin cəsədi aşkar edilib, 13 nəfər isə hələ də itkin düşmüş hesab olunur",- deyə qeyd edib.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları noyabrın 25-dən davam edir.
Axtarışlara ölkənin donanması, dəniz gəmiləri və helikopterləri cəlb olunub.