Ölkənin birinci bankı
Kapital Bank nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər üçün Yeni
il öncəsi xüsusi kampaniya həyata keçirir. Belə ki, 15 yanvar 2025-ci
ildədək Kapital Bank-da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik
11%-dək gəlir əldə edəcək.
Bunun üçün ən yaxın Kaptal
Bank filialına yaxınlaşmaq və ya Birbank mobil tətbiqində Rəqəmsal depozit yerləşdirmək
kifayətdir. Filialda yerləşdirilən depozit üçün
minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür.
Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum
100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və
ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
Rəqəmsal depozitdə isə manat
valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1manat
olamqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri
müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən Rəqəmsal
depozitdən istifadə etmək üçün Birbank mobil tətbiqində "Daha çox” bölməsindən
"Depozitlər”i seçməli və "Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları
tamamlamaq yetərlidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
www.anews.az