AZ

Soğan gözümüzü niyə yaşardır?

Alimlər soğanın niyə göz yaşına  səbəb olmasına  dair yeni tapıntılar əldə ediblər.

Oxu24.com xəbər verir  ki, ABŞ-ın Klivlend şəhərindəki Case Western Reserve Universitetində aparılan araşdırmaya görə, soğan mikroblara  qarşı biokimyəvi müdafiə mexanizmini aktivləşdirən ferment ifraz edir.

Bu fermentlər soğanın tərkibindəki sulfidləri parçalayır və onları kükürd oksidinə çevirir.

Kükürd oksidi tez uçucu olur və havada sürətlə yayılan bu qaz gözə çatdıqda kostik turşuya çevrilir.

Nəticədə göz kanalları tıxanır.

Lakin mütəxəssislərin fikrincə, bu kimyəvi birləşmə soğan doğrayarkən birbaşa gözlərin yaşarmasına səbəb olmur.

Kükürd turşusu qazın gözyaşı ilə reaksiyası zamanı əmələ gəlir.

Sülfürik turşunun gözü qıcıqlandırması nəticəsində göz yad maddələri təmizləmək üçün göz yaşı ifraz etməyə başlayır.

 

Nigar

 

Seçilən
10
oxu24.com

1Mənbələr