AZ

Türkiyədə terrorçulara qarşı irimiqyaslı ƏMƏLİYYAT

PKK/KCK - PYD/YPG terror təşkilatlarına qarşı Türkiyənin 30 vilayətində keçirilən “GÜRZ-27” əməliyyatlarında terror təşkilatı üzvü olduğu ehtimal edilən 231 şübhəli saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

Məlumata görə, PKK/KCK terror təşkilatının siyasi və media strukturlarında terror təşkilatı adından fəaliyyət göstərmək, təşkilata maliyyə dəstəyi vermək, sosial media hesabları vasitəsilə PKK/KCK terror təşkilatının təbliğatını aparmaq, qanunsuz küçə hadisələrində iştirak etmək və dövlət əmlakına ziyan vurmaq ittihamları ilə istintaq başladılıb.

Qeyd edilib ki, əməliyyatlar nəticəsində qanunsuz silahlar, lisenziyasız ov tüfəngləri, tapançalar və çox sayda rəqəmsal material müsadirə edilib.

Seçilən
9
2
unikal.az

3Mənbələr