AZ

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi tarixinin ən mühüm hadisələrindəndir » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının Təftiş komissiyası sədrinin müavini



Mütərəqqi və müasir siyasi ideyaların daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan Respublikasının ictimasi-siyasi tarixinin ən mühüm hadisələri sırasında xüsusi yeri tutur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”.
Keçən əsrin 90-cı illərində ölkəmizi bürüyən mürəkkəb, neqativ sosial, iqtisadi və siyasi proseslərin fonunda ölkənin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın ziyalıları xalqımızın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ölkənin ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş məşhur sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq, Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAPın VII-ci qurultayında “91-lər”in fəaliyyətini dəyərləndirərək qeyd etmişdir ki, “onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkənin maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”
1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda partiyanın təsis konfransında yaradılan və 1992-ci ilin 18 dekabr tarixində Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçən YAP qısa müddətdə ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.
YAPın 2005-ci il 26 mart tarixində keçirilmiş III-cü qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi əyani formada nümayiş etdirdi ki, Ülu Öndərin siyasi kursu, dövlətçilik konsepsiyası böyük uğurla həyata keçiriləcək.
Hazırda YAP inamla yeni zirvələrə doğru addımlayır. Regionun ən mütəşəkkil siyasi qüvvəsi olan, sıralarında 700 345 min üzvü olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Seçilən
10
1
azadmedia.az

2Mənbələr