AZ

Azercell media nümayəndələri üçün “Media texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edəcək

Bakı. Trend:

Lider mobil operator milli mətbuatın inkişafınatöhfə verməyə davam edir.

“Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuatnümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiştəşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə vəinformasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahəüzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək. Beynəlxalqtəlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər vətrendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yenimedia tendensiyaları və qabaqcıl texnologiyalar haqqındabiliklərini dərinləşdirmək imkanı verəcək.

Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvDsəhifəsindən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektronkütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinəmalik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsiməlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi)texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərcetdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.

Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahəninekspertlərindən ibarət münsiflər heyəti tərəfindəndəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərətəlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.

Son müraciət tarixi: 01.12.2024

Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqındaətraflı məlumat üçün https://www.azercell.com/az/saytına daxil ola bilərsiniz.

Məqalədə:
Seçilən
54
10
az.trend.az

10Mənbələr