Psixoloqlar pişiklərlə onların sahibləri arasındakı münasibətdə maraqlı faktlar aşkar edib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, pişiklər sahiblərinə qarşı kiçik uşaqlar kimi davranırlar və onların davranış nümunələri çox fərqli ola bilər. Ənənəvi olaraq, pişiklər hər zaman itlərdən daha "müstəqil" sayılıb. Ancaq pişiklər sahiblərinə düşündüyümüzdən də daha çox bağlanıb.
Bunu Oreqon Dövlət Universitetinin (ABŞ) mütəxəssislərinin apardığı araşdırmanın nəticələri də sübut edib. Psixoloqlar pişik balalarının davranışlarını müşahidə edib. Əvvəlcə bala pişik bir müddət sahibi ilə otaqda olub, sonra isə tək qalıb. Heyvanların 60% -i "təhlükəsiz" davranış nümunəsi nümayiş etdirib. "Təhlükəsiz davranış" pişiklərin sahibləri ətrafda olmayanda kədərləndiyini, eyni zamanda sahibi ilə ünsiyyət və ətrafdakı dünyanı öyrənmək arasında tarazlığını qoruduğunu göstərib.
Pişik sahibinin getdiyini bildikdə çox narahat olub. Sahibi qayıdanda belə, heyvan özünü normal hiss etməyib. Alimlərin qeyd etdiyi kimi, eyni davranış nümunələri uşaqlar üçün də keçərlidir. Bu o deməkdir ki, pişiklər sahiblərini öz valideynləri kimi qəbul edib.