AZ

Norveç 2025-ci ildə Ukraynaya yardımı 2,7 milyard dollara qədər artıracaq

Norveç hakimiyyəti 2025-ci ildə Ukraynaya dəstək proqramı çərçivəsində yardımı hazırkı 27 milyard Norveç kronundan (2,46 milyard dollar) 30 milyard krona (2,7 milyard dollar) qədər artırmağı qərara alıb.

Bunu Norveçin baş naziri Yonas Qar Störe deyib. Bununla da Kiyevə yardımın azaldılması ilə bağlı daha əvvəl irəli sürülmüş təklifdən imtina edib.

\"Reuters” agentliyinin məlumatına görə, sol mərkəzçi koalisiya hökuməti oktyabrda Ukraynaya yardımı 15 milyard krona (1,37 milyard dollar) qədər azaltmağı təklif edib, lakin müxalifət partiyaları bu təşəbbüsə qarşı çıxıb. Belə ki, mühafizəkarlar Ukrayna üçün nəzərdə tutulan xərcləri 45 milyard krona (4,11 milyard dollar) çatdırmağı təklif ediblər.

Norveç hökumətinin başçısı əvvəllər bildirmişdi ki, ölkə Ukraynaya dəstək proqramını 2030-cu ilə qədər uzatmaq niyyətindədir. Krallıq 2022-ci ilin fevralından Kiyevə 3 milyard dollardan çox yardım göstərib.
 
///report
Seçilən
43
2
azxeber.com

3Mənbələr