AZ

“Sabah”ı Murad Musayevlə tanıyıram” – Vasili Berezutski

Sabah”ın baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə müsahibə verib. Msport.az rusiyalı mütəxəssisin müsahibəsini təqdim edir.

– “Sabah”ın baş məşqçisi kimi nə hiss edirsiniz? 

– “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı olacaq.

– Təklif almamışdan öncə “Sabah” barədə nə bilirdiniz?

– Uzun müddət burada çalışdığı üçün “Sabah”ı Murad Musayevlə tanıyıram. Muradı çox yaxşı tanıyıram, biz bir yerdə oxumuşuq. Onun baş məşqçi təyin olunmasından sonra klubu yaxından izləməyə başladım. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Buna görə, Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birinci Murad Musayevlə diqqətimi çəksə də, sonradan “Sabah” bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Bu kafe və fan-şopun bir yerdə olmasını nümunə göstərə bilərəm.

– Bir məşqçi kimi işdə sizin üçün ən vacib amil nədir?

– Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum “Sabah”da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində yəqin ki, ən vacib şey budur, qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur, bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm.

– Məşq tərzinizi təsvir edəcək 3 söz?

– Təşəbbüs, intensivlik, keçidlər.

– Bakı haqqında ilk təəssüratlarınız?

– Yaxşı, gəl, bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünən axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü.

– “Sabah”ın azarkeşlərindən gözləntiləriniz nələrdir?

– Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Bəli, aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər.

– Hansı məşqçilərin sizə daha çox təsiri olub?

– Hər halda, yəqin ki, Slutkskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki, mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub.

Seçilən
6
7
msport.az

8Mənbələr