AZ

Rusiyadan Britaniyaya cavab: 30 nəfərə sanksiya ...

Moskva Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına, o cümlədən baş nazirin müavini, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Maliyyə nazirliklərinin rəhbərlərinə qarşı sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Britaniya tərəfinin düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiyanın “stop siyahısı”na bir sıra siyasi qurumun, hərbi blokun, yüksək texnologiyalı müəssisələrin, habelə Britaniya jurnalist korpusunun nümayəndələrinin daxil edilməsi barədə qərar qəbul edilib”, - nazirlikdən bildiriblər.

Rusiya Böyük Britaniyanın düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiya Federasiyasına girişi qadağan ediləcək Britaniya vətəndaşlarının stop siyahısını genişləndirməyə davam edəcək.

Seçilən
45
12
ucnoqta.az

10Mənbələr