AZ

"Barselona" iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın hazırkı lideri Pedri və Qavi ilə sözləşməni yeniləmək üçün danışıqlara başlayıb.

Hər iki oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Pedri cari mövsüm 18 oyunda 3 qol vurub. Qavi isə cəmi 7 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.

Seçilən
21
1
far.az

2Mənbələr