İsrail təhlükəsizlik kabinetinin Livanda mümkün atəşkəsi müzakirə etmək üçün toplantı keçirdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, yerli mediada yayılan xəbərə görə, kabinet Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə Tel-Əvivdə bir araya gəlib.
Toplantıda ABŞ-nin təklif etdiyi atəşkəs layihəsinin kabinet üzvləri tərəfindən səsverməyə çıxarılacağı qeyd olunub.
Bəzi sağçı nazirlərin etirazına baxmayaraq, layihənin təsdiqlənəcəyi gözlənilir.
Seymur BƏNNAYEV