Son günlər ölkəmizdə nəqliyyat hadisələrində xəsarət alanların sayı artmaqda davam edir. Bu hadisələr təkcə avtomobillərin qaydaları kobud şəkildə pozması səbəbilə deyil, eləcə də hərəkətin digər iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına riayət etməməsi nəticəsində baş verir. Piyadaların yolu onlar üçün ayrılmış hissədən keçməməsi, yollarda işıqlandırmanın keyfiyyətli təmin edilməməsi qəzalar zamanı xəsarətləri qaçılmaz vəziyyətə gətirib çıxarır.
Ən önəmli səbəblərdən biri də motokuryerlərlə bağlıdır. Belə ki, bir çox hallarda motokuryerlərin qaydalara uyğun şəkildə nəqliyyat vasitəsi idarə etməməyi, eləcə də nəqliyyat vasitəsi idarə edərkən qoruyucu elementlərdən, dəbilqə, dizlik və dirsəklikdən istifadə etməməsi sonda ağır nəticələnə bilir. Motosiklet, moped və s. bu qəbildən olan nəqliyyat vasitələrini idarə etmək həqiqətən də çətindir.
Avtosfer.az bu mövzuda oxucularını, sosial şəbəkə izləyicilərini daha təfərrüatlı məlumatlandırmaq üçün motokuryer, “Kuryerlər Birliyi”nin rəhbəri Əziz Vələdovdan müsahibə alıb. Saytımızın rəhbəri Elməddin Muradlının suallarını cavablayan Əziz Vələdov deyib ki, ölkədə kuryerlərin sayı fasiləsiz artır:
“Əvvəllər kuryerlərin ölkədəki, xüsusən paytaxtdakı sayı az olduğu üçün problemləri həll etmək də sasan idi. Məsələn, əvvəllər hansısa kuryer nəqliyyat vasitəsini dəbilqəsiz sürəndə onlara nəsə irad tutanda, o adam başa düşürdü ki, hə, bunu etmək doğru deyil, dəbilqədən istifadə mütləqdir. Lakin indi hansısa qayda pozan kuryerə söz deyəndə cavab verir ki, “mənə belə xoşdur, belə sürürəm, cərimə yazılacaqsa, mənə yazılacaq”. Bu kuryer düşünmür ki, onun bir səhvinə görə bizim peşəmizlə bağlı mənfi fikir yaranır. Bir nəfərin hərəkətinə görə yol hərəkətinin digər iştirakçıları demir ki, “filankəs belə elədi”. Onu tanımırlar deyə, deyirlər ki, “kuryerlər qanunsuz sürürlər, kuryerlər bunu edir, onu edir” və sairə”.
Motokuryer Əziz Vələdovun həmkarlarına sonda tövsiyyələrini bildirdiyi Elməddin Muradlı ilə həmin müsahibəsini sizə təqdim edirik:
Səfər