AZ

Luis Enrike: “Bayern”lə PSJ oxşar komandadır”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Bayern”ə qarşı keçirdikləri oyundan söhbət açıb.

Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Münhen “Bayern”i və biz iki oxşar komandayıq. Hər ikimiz topa sahib olmaq istəyirik, biz çox yüksək təpki edən iki komandayıq. Xüsusilə hücumda oxşar statistikamız var. Amma bu oyunda yalnız bir top olacaq, ona görə də iki komandadan biri oyunda digərindən daha çox əziyyət çəkməli olacaq: ya onlar, ya da biz.

“Bayern” hər yerdə, iştirak etdiyi bütün yarışlarda favoritdir. Bu ifadə bu gün də keçərlidir, 10 ildən sonra da qüvvədə olacaq. Bu, Almaniyada və Avropada böyük çəkiyə malik klubdur”, deyə Luis Enrike rəqibini yüksək qiymətləndirib.

Xatırladaq ki, “Bayern” PSJ-ni bu gün, noyabrın 26-da qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 noyabr) qəbul edəcək.

4 turdan sonra “Bayern” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 17-ci pillədə, PSJ isə 4 xalla 25-ci pillədə qərarlaşıb.

Seçilən
23
arena.az

1Mənbələr