İsrail Beyrutda Livanın "Hizbullah" şiə hərəkatı ilə əlaqəli 20 hədəfə hücum edib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 26-da İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“IDF Beyrut ərazisində Hizbullahın müəyyən edilən 20 hədəfinə zərbələr endirib. Bu hücumlar "Hizbullah"ın Beyrutdakı əsas qalası olan Dahiya bölgəsindəki 13 hədəfi əhatə edir”, - İsrail ordusu Telegram kanalında bildirib.
Digər yeddi hədəf şiə hərəkatının maliyyə sistemi, xüsusən də İDF-nin məlumatına görə, "Hizbullah"ın pul aktivlərini saxladığı Əl-Qard Əl-Həssan Assosiasiyasının qərargahı, anbarları və digər infrastrukturu ilə bağlı olub.
Hücumlardan əvvəl, İDF-nin ərəbdilli sözçüsü Avichai Edraei, öz növbəsində, X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) Beyrut ərazilərinin 20 planlaşdırılmış zərbə nöqtəsi ilə xəritəsini dərc etdi. O, mülki əhalidən bu binalardan ən azı 500 metr uzaqlaşmalarını istəyib.
QAZİLER.AZ