AZ

"Trampın dövründə iki ölkə arasında əməkdaşlığın daha çox inkişafı marağımızdadır" - Politoloq

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidentinin zəngi Donald Tramp tərəfindən yüksək qiymətəndirilib. Bunu növbəti 4 ildə ABŞ admnistrasiyası ilə yeni əməkdaşlığın təməlinin qoyulduğu kimi qiymətləndirə bilərik”.

Bunu hafta.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

M.Əsədullazadə Prezident İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəngində ABŞ-Azərbaycan əlaqələrinin dostluq və siyasi əməkdaşlıq fonunda inkişaf etdiyini, bundan sonra da inkişaf edəcəyini ifadə etdiyini qeyd edib. O, Prezidentin Donald Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əməkdaşlığının yeni mərhələyə çıxacağına ümidvar olduğuna diqqət çəkdiyini bildirib.

“Tramp dövründə iki ölkə arasında əməkdaşlığın daha çox inkişaf etməsi, beynəlxalq terrorizmlə mübarizə, təhlükəsizliyin yüksək səviyyədə olması Azərbaycan Prezidentinin marağındadır. Donald Trampın 4 il prezidentlik dövründə dövlətlər arasında münasibətlər yüksək idi. İndi yeni dünya düzəni formalaşıb. Tramp da əvvəlki siyasətdən fərqli olaraq daha çox beynəlxalq və regional syasətini həyata keçirəcək. Düşünürəm ki, Tramp da Azərbaycanla əməkdaşlığa diqqət edəcək. Cənubi Qafqaz siyasətində Azərbaycana önəm veriləcək. Bayden admnistasiyasında daha çox Ermənistana üstünlük verilirdi və “insan hüquqları, demokratiya qalası” quraraq Rusiyaya qarşı bir mərkəz formalaşdırmışdı. Tramp daha çox iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasına fokuslanacaq. Azərbaycan bundan məmnundur”.

Seçilən
10
hafta.az

1Mənbələr