AZ

Rusiya Xarici Kəşfiyyat Xidməti: Qərb postsovet məkanında vəziyyəti destabilizə etməyə çalışacaq

ABŞ Ukraynadakı MDB ölkələrindən olan əcnəbi döyüşçülərdən postsovet ölkələrində vəziyyəti destabilizə etmək üçün istifadə etməyi planlaşdırır.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirib.

Məlumata görə, xüsusi diqqət Belarus, Gürcüstan və Qırğızıstana yönəldilib.

\"ABŞ Ukrayna böhranından MDB dövlətlərində sosial-iqtisadi və ictimai-siyasi proseslərə mənfi təsir göstərmək üçün istifadə etməyə çalışır. Məqsəd orada \"rəngli inqilablar\"ın təşkili üçün şərait yaratmaqdır\", - Xarici Kəşfiyyat Xidmətinin video materiallarında qeyd olunub.

Bildirilib ki, yaxın gələcəkdə Qərbin postsovet məkanı ölkələrində vəziyyəti destabilizə etməklə bağlı yeni cəhdlərini gözləmək lazımdır.

Qurumun məlumatına görə, ABŞ-nin diqqət mərkəzində 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri, 2026-cı ildə Qırğızıstanda baş tutacaq prezident və parlament seçkiləri var.

Seçilən
15
azxeber.com

1Mənbələr