AZ

Elçin Məsiyev məşhur komandaların oyununu idarə edəcək - Konfrans liqasında

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasında Belçikanın "Serkl Brügge" və Şotlandiyanın "Harts" komandaları arasında keçiriləcək IV tur matçına təyinat alıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən "Jan Breydel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Milli.Az

Seçilən
24
17
milli.az

10Mənbələr