AZ

Dünyanın ən yaşlı kişisi bu ölkədə öldü - DETALLAR

Musavat.com xəbər verir ki, dünyanın ən yaşlı kişisi, 112 yaşlı Con Tinnisvud İngiltərənin Soutport şəhərində yerləşən qocalar evində vəfat edib. Onun ölümü Ginnesin Rekordlar Kitabının redaksiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.

Con Tinnisvud 26 avqust 1912-ci ildə, “Titanik” faciəsindən bir neçə ay əvvəl, Liverpul şəhərində anadan olub. İkinci Dünya Müharibəsi zamanı o, Krallığın Ordu Korpusunda maliyyə məsələləri üzrə xidmət göstərib.

Müharibədən sonra Con neft şirkətlərində mühasib kimi çalışıb və 60 yaşında təqaüdə çıxıb. Uzunömürlülüyünün sirri barədə o, zarafatla belə deyirdi:

“Hər cümə fış-end-çips (balıq - kartof) yemək məni gənc saxlayırdı.”

Con Tinnisvud 2024-cü ilin aprel ayında Venesueladan olan 114 yaşlı Xuan Visente Peresin ölümündən sonra dünyanın ən yaşlı kişisi adını qazanmışdı. Onun ailəsi bildirib ki, Conun son günü “sevgi ilə dolu” keçib və tibb personalına göstərdikləri diqqət və qayğı üçün təşəkkür ediblər.

Con həyat yoldaşı Bloadeni, birlikdə keçirdikləri 44 illik xoşbəxt ömürdən sonra itirmişdi.

 

Musavat.com

be245871-1492-4e05-bb0e-addcfe298d9a.jpg

Seçilən
21
musavat.com

1Mənbələr