San Marino millisi cari İngiltərə çempionu, ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti”ni məsxərəyə qoyub.
Arena.az San Marino yığmasının mətbuat xidməti komandanın rəsmi sosial şəbəkə hesabı üzərindən “şəhərlilər”ə ismarış ünvanlayıb:
“Xoş gördük. Zəhmət olmasa, bizə qarşı oynayın. Biz sizi məğlub edə biləcəyimizi düşünürük”, – yığmanın “Mançester Siti”yə müraciətində deyilir.
Xatırladaq ki, “Mançester Siti” ardıcıl 5 oyunda məğlubiyyət acısı yaşayıb ki, bu da Xosep Qvardiolanın məşqçilik karyerasında şəxsi antirekordu olaraq əlamətdardır.
İngiltərə Premer Liqasının 12 turundan sonra “Mançester Siti” 23 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şəhərlilər”i lider “Liverpul”dan (31 xal) 8 xallıq fərq ayırır.