Fransalı yarımmüdafiəçi Pol Poqbanın qardaşı və daha 6 nəfər futbolçuya qəsbkarlığa görə ittiham əsasında mühakimə ediləcəklər.
Arena.az bu barədə AFP dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu şəxslər 2022-ci ildə Poqbaya hədə-qorxu gələməklə futbolçudan 13 milyon avro məbləğində pul qəsb etəmyə cəhd ediblər. Bu gün, noyabrın 26-da müttəhimlər Paris cinayət məhkəməsi qarşısına çıxarılacaqlar.
Xatırladaq ki, 2022-ci ilin yazında, ehtimal ki, Pol Poqbanın uşaqlıq dostlarının da olduğu silahlı dəstə futbolçuya hədə-qorxu gələrək, Poqbadan 13 milyon avro məbləğ tələb etmişdi. Futbolçunun qardaşı Matias bir neçə ay müddətində Pola təzyiq göstərməkdə, ondan müvafiq məbləği ödəməsini tələb etməkdə şübhəli bilinir. Amma Matias 2022-ci ilin martında oğurlanma gecəsində, fransalı futbolçunun silah gücü ilə evini tərk etmək məcburiyyətində qaldığı hadisənin iştirakçısı olmayıb. Məhkəmə bu məqamı Matiasa münasibətdə yüngülləşdirici hal olaraq baxışdan keçirə bilər.
Bu ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir, mart ayından etibarən isə Poqba futbol oynaya bilər. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.
Əlavə edək ki, noyabrın 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib, fransalı futbolçu azad agentə çevrilib və hazırda yeni klub axtarışındadır. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.
Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.