"Liverpul"un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb.
“Müqavilə vəziyyətinin Salahın diqqətini yayındırdığını düşünmürəm. Bəlkə də bu, ona ən yaxşı tərəfini göstərməyə kömək edir, çünki biz onun oyununu görürük.Mən Salahla yalnız futbol haqqında danışıram, digər oyunçularımla olduğu kimi"
Daha əvvəl klubun ona yeni müqavilə təklif etmədiyini deyən futbolçu bunun onu çox üzdüyünü qeyd edib.
Bu mövsüm 32 yaşlı Salah bütün yarışlarda 18 matçda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.