Bakı. Trend:
ABŞ-ın Böyük Britaniyada yerləşən üç hərbi hava bazası üzərindəbir gecədə naməlum pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarımüşahidə olunub.
Trend xəbər verirki, bu barədə Sky News telekanalı ABŞ Hərbi Hava QüvvələrininAvropa Komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, naməlum PUA-lar Suffolkdakı Lakenheath vəMildenhall, eləcə də Norfolkdakı Feltwell bazalarının üzərindəmüşahidə edilib. ABŞ hərbi birləşmələri bu ərazilərdə hava məkanınanəzarəti davam etdirir.
Eyni zamanda, Böyük Britaniya hakimiyyəti hərbi obyektlərintəhlükəsizliyinin təmin olunmasında ABŞ-a dəstək verir. Hadisə iləbağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb, lakin insidenttəhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini bir dahagündəmə gətirib.