“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin köməkçiləri müəyyənləşib.
İdmanxeber.az-a daxil olan məlumata görə, 42 yaşlı mütəxəssis həmyerliləri – son olaraq Tula “Arsenal”ında çalışmış Dmitriy Smirnov və “Rotor”da işləmiş Aleksandr Naqornıyı yanına gətirib.
Klub hər iki məşqçini yaxın günlərdə ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.