AZ

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"

"Böyük Yeddilik" (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.

“Keçən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı bu günə qədər ən son sanksiyaları tətbiq etdi. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.

Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı ABŞ-la daim əlaqə saxlayır.

Seçilən
10
13
publika.az

10Mənbələr