Rusiyanın Dnepr şəhərində hərbi-sənaye kompleksi obyektində “Oreşnik” orta mənzilli ballistik raketdən istifadə etməsindən sonra NATO Ukraynaya dəstəyini zəiflətməyəcəyinə söz verib. AFN.az xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurası səfirlərinin fövqəladə iclasından sonra alyansın mətbuat xidməti açıqlama yayıb. Sənəddə Kiyevə hər hansı yeni silah tədarükündən bəhs edilmir.Səfirlər Rusiyanın eksperimental orta mənzilli ballistik raket buraxmasından sonra Ukraynadakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Görüş zamanı yüksək rütbəli Ukrayna hərbi rəsmiləri videobağlantı vasitəsilə NATO-ya Rusiya zərbəsinin nəticələri barədə məlumat veriblər. NATO səfirləri təsdiq ediblər ki, bu, Ukraynaya dəstəyi dəyişməyəcək. Bəyanatda qeyd edilir ki, NATO-ya görə, bu zərbə münaqişənin gedişatını dəyişməməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta