AZ

52-ci Beynəlxalq "Emmy" mükafatları Nyu Yorkda keçirilib

Nyu-Yorkda keçirilən 52-ci Beynəlxalq “Emmy” mükafatlarında Türkiyəni Haluk Bilginer, Özge Yağız və Burak Berkay Akgül təmsil edib.

SİA-nın əldə etdiyi məlumata görə, 21 ölkədən 56 namizədin 14 kateqoriya üzrə yarışdığı 52-ci Beynəlxalq "Emmy" mükafatları Nyu Yorkda keçirilib.

Mükafat mərasiminə “Şəxsiyyət” televiziya seriyalında Agah Beyoğlu obrazı ilə “Ən yaxşı kişi aktyor” nominasiyasında namizəd olan Haluk Bilginer qatılıb.

Seriallar kateqoriyasında Türkiyəni Özge Yağız və Burak Berkay Akgülün baş rollarda oynadığı "Safir" serialı təmsil edib.

Nyu-Yorkda qırmızı xalıda çıxış edən Bilginer "Şəxsiyyət"serialı ilə bağlı "Sevdiyimiz və həvəslə gördüyümüz bir işlə iki dəfə namizəd olmağımız hər kəs üçün qürurvericidir" deyib.

Aktrisa Akgül ilk dəfə Beynəlxalq "Emmy" mükafatlarına qatıldıqlarını ifadə edərək, "Mükəmməl iş gördük. Nağıla oxşar sevgi hekayəsindən bəhs etdik və bunun tamaşaçılarda rezonans doğurduğu üçün çox xoşbəxtik" deyib.

Özge Yağız da "Yarımfinala çıxan 1500 namizəd arasında son dörd arasında yer almaq və finalçı olmaq bizim üçün böyük qürurdur" deyib.

Xatırladaq ki, tanınmış aktyor Haluk Bilginer Nyu-Yorkda keçirilən 47-ci Beynəlxalq “Emmy” mükafatları mərasimində “Şəxsiyyət” televiziya seriyalında yaratdığı obraza görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olub.

Haluk Bilginerin yarışdığı kateqoriya üzrə mükafatın qalibi bu dəfə “Altıncı Əmr” serialından ingilis aktyor Timoti Spall olub.

"Aclıq" filmindəki performansına görə "Ən yaxşı qadın rolu" mükafatını Thai Aokbab-Chutimon Chuengcharoensukying qazanıb.

Division Palermo "Ən yaxşı komediya serialı" mükafatına, Drops of God isə "Ən yaxşı dram serialı" mükafatına layiq görülüb.

“Ən yaxşı Telenovela” mükafatını İspaniyanın “The Vow” serialı qazanıb.

Seçilən
5
1
sia.az

2Mənbələr