Bakı. Trend:
İngiltərənin “Liverpul” və İspaniyanın “Barselona” klublarınınkeçmiş ulduz futbolçusu, argentinalı Xavyer Maskerano Böyük FutbolLiqasının (MLS) “İnter Mayami” klubunun yeni baş məşqçisi olub.
Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Maskerano iləbağlanan müqavilə 2027-ci il mövsümünün sonuna qədər nəzərdətutulub. O, bu vəzifədə noyabrın 22-də müqaviləsi başa çatanhəmvətəni Xerardo Martinonu əvəzləyib.
Maskerano sentyabrın 1-dən etibarən Argentinanın gəncləryığmasına rəhbərlik edir və daha əvvəl ölkənin olimpiya komandasınabaş məşqçi kimi xidmət göstərib.
Oyunçu karyerasında Maskerano “Barselona”, “Liverpul”, “RiverPlate” (Argentina), “Corinthians” (Braziliya), “Estudiantes”(Argentina) və İngiltərənin “Vest Hem” klublarında çıxış edərəkböyük uğurlara imza atıb. Yeni vəzifəsi ilə Maskerano MLS-də klubuninkişafına və uğurlarına töhfə verməyə çalışacaq.