AZ

Luis Enrike PSJ-nin cari mövsümdəki çıxışını qiymətləndirdi

PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa nəhənginin cari mövsümdəki çıxışını qiymətləndirib.

Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu mövsüm biz 16 rəsmi oyun keçirmişik və düşünürəm ki, “Arsenal”la görüş istisna olmaqla, komandam həmişə yaxşı oyun göstərə bilib. Bu səbəbdən də biz öz oyun dəsti-xəttimizə sadiq qalacağıq.

Komandamızın gücü ondadır ki, biz bir oyunçudan asılı deyilik. Buna görə də hər bir oyunçumdan fərdi tərəqqi, eləcə də kollektiv irəliləyiş gözləyirəm. Amma hələlik gördüklərimdən razıyam”, deyə Luis Enrike vurğulayıb.

İspan mütəxəssis PSJ-nin Çempionlar Liqasındakı nəticələrini isə ədalətsiz hesab etdiyini bildirib:

“Məncə, bu yarışda indiyə qədər əldə etdiyimiz nəticələr ədalətsiz olsa da, bu, var olanıdır. Qrupdan vəsiqə qazanmaq üçün bizə nə qədər xal gərək olacağı hələ bilinmir. Futbol yalnız bir xüsusu tanıyıb-bilir – qol vurmaq və bu baxımdan bizim təkmilləşmək üçün yerimiz var”.

Fransa Liqa 1-in 12 turundan sonra 32 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyicisi “Monako”nu (26 xal) 6 xal qabaqlayır.

Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 4 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ-nin növbəti 4 oyunda yaranmış çətin vəziyyəti öz xeyrinə dəyişmək imkanı öz əlindədir.

Seçilən
20
arena.az

1Mənbələr