AZ

Serdar Ortaçın ev dustaqlığı qərarı ləğv edildi

  Qanunsuz mərc oynadığı və insanları təşviq etdiyi iddiası ilə 3 ilə qədər həbs tələb edilən Serdar Ortaçla bağlı yeni qərar qəbul edilib.

Məşhur müğənni Serdar Ortaçın ev dustaqlığı və məhkəmə nəzarəti qərarının ləğv edildiyi bildirilib.

Keçən həftələrdə İstanbul Prokurorluğu tərəfindən qanunsuz mərc oynayan şəbəkələrə qarşı əməliyyat başladılıb və bu çərçivədə çox sayda adam saxlanılıb.

Noyabrın 11-də keçirilən əməliyyatda saxlanılan şəxslər arasında Mehmet Ali Erbil və Serdar Ortaç da var.

Qeyd edilir ki, Serdar Ortaçın məhkəməsi dekabrın 24-də, Mehmet Ali Ərbilin məhkəməsi isə dekabrın 30-da baş tutacaq./Lent.az  

Seçilən
28
referans.az

1Mənbələr