Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın idxalavtomobillərinə rüsumlar tətbiq edəcəyi ilə bağlı açıqlaması Avropavə Amerika avtomobil istehsalçılarının səhmlərinin qiymətlərinəmənfi təsir göstərib.
Trend xəbər verirki, bu barədə noyabrın 26-da Reuters agentliyi məlumat yayıb.
Amerika avtomobil nəhənglərindən General Motors və Ford Motorşirkətlərinin səhmləri satışdan əvvəl keçirilən ticarətdə müvafiqolaraq 4,2% və 2,2% ucuzlaşıb. ABŞ-ın ümumi bazar indeksləri də1,2% azalma göstərib.
Avropalı istehsalçılar arasında isə Almaniyanın Volkswagenşirkətinin səhmləri 2,3%, Jeep brendinin sahibi olan Stellantis isə4,8% dəyər itirib.
İtalyan broker Intermonte hesab edir ki, Stellantis tariflərintəsirindən daha çox zərər çəkəcək. Şirkət, 2023-cü ildə 358.000avtomobil idxal etdiyi Meksikadan ABŞ-a tətbiq ediləcək rüsumlarınmənfi təsirinə daha çox məruz qala bilər.
Trampın tariflər haqqında vədi avtomobil sənayesində narahatlığasəbəb olub və potensial olaraq bazarda daha geniş təsirlərə yol açabilər.