AZ

ABŞ Türkiyəyə "F-35" qırıcılarının təhvil verilməsinə razılıq verib

Bakı. Trend:

ABŞ Türkiyəyə təhvil verilməmiş "F-35" qırıcı təyyarələrinintədarükü ilə bağlı mövqeyini dəyişib və bu məsələ üzrə müsbətyanaşma nümayiş etdirib.

Trend xəbər verirki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumatverib.

Nazirin sözlərinə görə, hazırda ABŞ-da Türkiyəyə məxsus 6 ədəd"F-35" təyyarəsi mövcuddur. Gülər bildirib ki, Türkiyənin beşincinəsil döyüş təyyarəsi olan "KAAN" istehsalını görən ABŞ tərəfimünasibətini dəyişərək, bu təyyarələrin təhvil verilə biləcəyiniifadə edib.

"Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik," - deyənazir vurğulayıb.

Bu addım, iki ölkə arasında müdafiə sahəsində yaranmışgərginliklərin yumşalmasına və tərəflər arasında hərbi-texnikiəməkdaşlığın bərpasına işarə kimi qiymətləndirilir.

Seçilən
8
1
az.trend.az

2Mənbələr