AZ

“Mən əməkhaqqı almadan kluba yardımçı olacam”

«Qazilərin adı olan yerdə hər birimiz əlimizdən gələni etməliyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında 18 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Füzuli Məmmədov deyib.

O, «Difai»də ilə maaş əsasında işə başlamadığın bildirib: «Burada ən önəmlisi mənəvi məsələlərdir. Klubu Qarabağ qaziləri yaradıb. «Difai»də onların bir neçəsiylə tanış olmuşam. Prezident Asəf Məlikovun dəvətini geri çevirə bilməzdim. Hörmətli və komandaya can yandıran şəxsdir. Onun gözləntiləri çoxdur. Futbolçular və digər işlərdə əlimdən gəldiyim qədər «Difai»yə kömək edəcəm. Turnir cədvəlində mümkün qədər irəli getmək lazımdır. İstənilən halda «Difai» yuxarı yerlərdə olmalıdır. Bunun üçün komandanın potensialı var. Mən əməkhaqqı almadan kluba yardımçı olacam. Bu, bir növ ictimai işdir. Əsas işim millidədir. Bizim AFFA ilə müqaviləmiz yanvarın 1-də başa çatacaq. Əlbəttə, federasiya istəyərsə, millidəki fəaliyyətimi ondan sonra da davam etdirməyə hazıram. Çünki U-18-də yaxşı komanda forialaşdırmışıq. Bu heyətlə biz gələn il 19 yaşlıların Avropa çempionatında seçmə mərhələni keçə bilərik».

Seçilən
75
sportinfo.az

1Mənbələr